USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu həftə tarixin ən dəhşətli - SOYUĞU OLACAQ

30.01.2019 İqtisadiyyat
0 0
ABŞ-ın bir çox əyalətlərində çərşənbə və cümə axşamı günlərində temperaturun mənfi 50-60 dərəcəyə enməsi gözlənilir. Proqnozlaşdırılan bu soyuqlar müşahidə edilsə, ABŞ Antarktikadan belə soyuq olacaq.

"Kommersant.az" xarici mediaya istinadən xəbər verir ki, bəzi ştatlarda bu həftə tarixin ən soyuq günlərinin yaşanacağı bildirilir.

Ən çox şaxta ölkənin mərkəzi və şimal bölgələrində müşahidə ediləcək. Ölkədə 250 milyon insanın dondurucu hava ilə üzləşəcəyi, 90 milyon insanın isə mənfi temperaturda qalacağı təxmin edilir.

Çikaqoda küləklə birlikdə temperaturun -50 dərəcəyə enəcəyi gözlənilir. Rəsmilər Çikaqoda heç vaxt belə soyuqların müşahidə edilmədiyini deyir. Bu temperaturda 4-5 dəqiqə qalan insanın donması istisna edilmir.

Soyuq hava kütləsinin ən çox hakim olan şəhərlərdən biri də Minnesotadır. Burada temperaturun -60 dərəcəyə düşməsi gözlənilir.

Ölkə ərazisində 1550-si Çikaqodan olmaqla 2700 uçuş təxirə salınıb.