USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məzuniyyət vaxtı əmək haqqının hesablanması ilə bağlı - DƏYİŞİKLİK

31.01.2019 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb.

"Kommersant.az" xəbər verir ki, Əmək Məcəlləsinin "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi" adlı 140-cu maddəsinə aşağıdakı dəyişiklik təklif olunur:

5-ci hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

Əmək müqavilələrində və ya kollektiv müqavilədə məzuniyyətə çıxan işçilər üçün növbəti əmək haqqı və ya avans verilən gündən gec olmayaraq məzuniyyət vaxtı üçün orta əmək haqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər.

Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Məzuniyyətin haqqının ödənilməsi üçün konkret vaxt məhdudiyyətinin müəyyən olunması həm HR həm də mühasiblərin işlərində problem yaradır. İşçinin uzun müddət prossesində bu tələbə əməl etmək mümkün olsa da, qısa müddətli (3-5 günlük) məzuniyyət haqqları üçün hesablanmanın aparılması və ödənilməsi əlavə vaxt itkisinə səbəb olur.

Yeni təklif olunan dəyişikliyə əsasən, işəgötürənin hüququ var ki, Əmək müqavilələrində və ya kollektiv müqavilədə məzuniyyətə çıxan işçilər üçün əmək haqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər. Misal üçün, əmək müqaviləsində qeyd etmək olar ki, qısa müddətli (10 günə qədər) məzuniyyət haqqlarını ödənilməsi əmək haqqı ilə eyni dövrdə ödəniləcək. Bir məsələni qeyd edək ki, təklif olunan dəyişiklikdə məzuniyyət haqqlarının ödənilməsi üçün konkret tavan müddəti müəyyən edilib ki, həm müddət növbəti əmək haqqı və ya avans verilən gündən gec olmamalıdır. Təklif təsdiq olunduqdan sonra, işəgötürən əmək müqaviləsində müddət müəyyən edərkən mütləq bu məsələni də nəzərdə almalıdır.

  • Əvvəlki

    Rüsumlar haqqında məlumatı - ÖYRƏNMƏYİN ASAN YOLU

Digər xəbərlər