USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Quş ətinin qiyməti süni şəkildə qaldırılır

31.01.2019 İqtisadiyyat
0 0
“Ötən ilin iyul-dekabr ayları ərzində baytarlıq sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 1315 infeksion və invazion xəstəliklər aşkarlanıb”

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, ölkədə "quş qripi" xəstəliyi aşkarlanmayıb: "Baytarlıq sanitariya ekspertizası zamanı 30 ton bal dövriyyədən çıxarılıb, 2036 xəbərdarlıq edilib, 29 məhvetmə ilə bağlı icrası məcburi olan qərar verilib, 34.2 ton məhsul ixracatçı ölkəyə geri qaytarılıb".

Q.Təhməzli eyni zamanda, ölkədə quşçuluq sahəsi ilə məşğul olan sahibkarlar bəzən süni şəkildə toyuğun çəkisini artırırlar:

"Dondurulmuş quş ətinin nəmlik faizi 4 olmalıdır. Lakin bəzi işbazlar nəmlik faizini 22-24 edirlər. Bu da öz növbəsində istehlakçının aldadılmasına gətirib çıxardır. Hazırda qurumumuz bu sahəyə ciddi nəzarət edir".