USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir: "Son 15 ildə Azərbaycanda ÜDM 3,2 dəfə artıb"

21.05.2018 İqtisadiyyat
0 0
"Bu gün kəndlərlə, şəhərlər arasında disbalans mövcuddur, bu gün dünyada milyonlarla insanın ibtidai təhsilə çıxışı məhduddur".

"Kommersant.Az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyin təbliği" konfransda deyib.

Nazir bildirib ki, son 15 ildə Azərbaycanda ÜDM 3,2 dəfə, əmək haqqı 5,2 dəfə artıb, yoxsulluq səviyyəsi 49%-dən 5%-ə enib.

"İşsizlik 5 faizə qədər azalıb. Bu dövr ərzində Azərbaycana 230 milyard dollardan artıq vəsait yatırılıb. Bu investisiyanın yarısı xarici investorların payına düşür. Azərbaycan hökumətinin əsas məqsədi ölkədə sosial təminatın yaxşılaşdırılması, Azərbaycanın demoqrafik inkişafının nəticəsində yeni iş yerlərinin yaradılmasıdır. Bundan başqa, əlillərin cəmiyyətə inteqrasiyası əsas məqsədlərimizdəndir",- deyə S.Babayev əlavə edib.