USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Özbəkistanda sellofan torbalardan istifadə məhdudlaşdırılır

21.05.2018 İqtisadiyyat
0 0
Gələn il yanvarın 1-dən Özbəkistandakı mağazalarda sellofan torbaların pulsuz verilməsinə qadağa qoyulacaq.

"Kommersant.Az" xəbər verir ki, buna səbəb həmin torbaların ölkənin ekoloji vəziyyətinə ziyan vurmasıdır.

Belə ki, həmin tarixdən başlayaraq həm həmin torbaları müştərilərə təklif etmək, həm də onların ayrıca qiymətini hesablamaq qadağan ediləcək.

Bununla belə, bu qadağa malların bir hissəsi olan və məişətdə istifadə üçün nəzərdə tutulan, tutacaqları olmayan və təbiətdə həzm oluna bilən polimer materiallardan hazırlanan torbalara şamil edilməyəcək.

Eyni zamanda, ölkədə məişət tullantılarının idarə edilməsi sistemində islahatların aparılması nəzərdə tutulur.

  • Əvvəlki

    Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfədən çox artıb

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Tramp Kanada mallarına 35% tarif elan edib
0 0
11.07.2025 İqtisadiyyat
Dəmir filizi qiymətləri artır
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
11.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0