USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin bu həftə neçəyə olacaq - EKSPERT ŞƏRHİ

21.05.2018 Bank
0 0
Ən məhşur kriptovalyuta olan Bitcoinin qiyməti gələn həftə də ucuzlaşmaqda davam edəcək

"Kommersant.az" xəbər verir ki, bunun səbəbi bazarda pessimist duyğu yarada bilər. Bazar günü keçirilən əməliyyatların "CoinMarketCap"da yerləşdirilən nəticələrinə görə, Bitkoinin qiyməti 3,61% artaraq, 8548 min dollara çatıb.

"Bitfinex" birjasnda kriptovalyuta 3,56 % artaraq, 8521 min dollar, "GDAX"da isə 3,88% artaraq 8515 dollar olub.

"Alpari"nin anlitiki Vladislav Antonov bildirib ki, kriptovalyutalar Cənubi Koreyadan gələn xəbərlərə acı bir şəkildə reaksiya verib. Ölkənin "Maliyyə Xidmətləri Komissiyası" (FSC) kripto-milli birjaların təsdiqlənməsinə qoşulmağa qərar verib və "çirkli pulların" yuyulması faktı ilə əlaqədar araşdırmalara qatılacaq.

Bundan əlavə, kripovalyutalarla bağlı ənənəvi konfrans "Consensus-2018" bazar iştirakçılarını məyus etdi.

"Bazarda, bitcoini daha çox ucuzlaşmadan qoruyan pozitiv xəbər də var. Belə ki, "Gemini" birjası "Zcash"a dəstəyini açıqlayıb. "Binance" birjası siyahısına "TrueUSD" kriptovalyutası da əlavə ediləcək. Cənubi Koreyanın tənzimləyicisi kriptovalyutanın maliyyə aktivi kimi tanınmasını qəbul edib" , - deyə, ekspert bildirib.

Kriptovalyutanın kursu ilə əlaqədar digər pozitiv mesaj isə odur ki, "Microsoft" istifadəçi məlumatlarının mərkəzləşdirilmiş şəkildə saxlanması üçün bitcoin blokundan istifadə edəcək.

Facebook öz kriptovalyutasını buraxacaq

"Eyni zamanda "Facebook" özünün kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır. İnanırıq ki, bu "TİN" adlı kriptovalyutasının dövriyyəyə buraxılması həqiqətə çox yaxındır. Bütün bunlar bazarda optimizmi stimullaşdırır", - İCG kriptovalyuta fondunun həmtəsisçisi İqor Zartdinov qeyd edib.

Ekspertlər hesab edir ki, bu həftə bitcoinin kəskin artım göstərməsi ehtimal edilmir. Onların sözlərinə görə, əksinə, kriptovalyutanın qiyməti bir az da düşə bilər.

Kursun 8 min dollardan aşağı düşməsindən sonra alıcıların fəaliyyəti nəzərəçarpacaq dərəcədə azalıb, aşağı istiqamətli risklər artıb. Bu gün bazar iştirakçıları bitcoinin 7,3 - 7,5 min dollar aralığında azalacağını düşünür", - deyə, Antonov əlavə edib.

Fiçerlər kriptovalyutanın 8,2 min dollara yaxın olacağını göstərir. Yaxın günlərdə pessimizm davam edəcək. Yeni səviyyə 7,6 - 7,8 min dollar olacaq. Zartdinov öz növbəsində qeyd edib ki, baxmayaraq ki, bazarda dəyişkənlik yüksək olaraq qalır, bu kriptovalyutanın qiymətinin 35% düşdüyü 2018-ci ilin əvvəlindəki trenddən fərqlidir.