USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərsun"un şəkər biznesi böyük tənəzzüldə!

21.05.2018 İqtisadiyyat
0 0
Əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin dörd ayı ərzində Azərbaycanda qənd və şəkər tozu istehsalı 85,3% azalıb

"Kommersant.Az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında bildirilir.

Yanvar-aprel aylarında 12,5 min ton şəkər və şəkər tozu istehsal edilib. İstehsal göstəricilərinin kəskin azalmasının səbəbini Statistika Komitəsi şərh etməyib.

"Azərsun Holdinq"ə məxsus olan İmişli Şəkər Zavodunun qiymət seqmentində idxalçılarla rəqabətdə bacarmadığı bildirilir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 8 milyon 641 min dollar dəyərində 19,1 min ton şəkər idxal edilib. Həmin müddətdə 7 milyon 287 min dollar dəyərində 12,1 min ton şəkər ixrac olunub.

Ötən il Azərbaycana 169 milyon 756 min dollar dəyərində 368,7min ton şəkər idxal edilmiş, Azərbaycandan isə 39 milyon 515 min dollar dəyərində 61,2 min şəkər ixrac edilmişdi.

Digər bir məlumata görə, yaxın vaxtlarda Azərbaycanda yeni şəkər zavodunun tikintisinə başlanacaq. Yeni zavodun Yevlax rayonu ərazisində tikilməsi gözlənilir. Zavodun xammalla təmin edilməsi üçün Yevlax və Goranboy rayonları ərazisində bir neçə min hektarlıq şəkər çuğunduru əkini sahələrinin yaradılması da nəzərdə tutulur.Yeni şəkər zavodu layihəsini ofisi "Port Baku" biznes mərkəzində yerləşən "Azerbaijan Sugar Company" LLC və ya "Azərşəkər" şirkəti reallaşdırır.

  • Əvvəlki

    Bu ölkə 19 aydır maaş ödəmir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0