USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NETLAM - Reklam və Dizayn Şirkəti fəaliyyətə başladı

04.03.2019 İqtisadiyyat
0 0
Reklam və marketinq sektorunda son bir neçə ildə digital reklamçılıq sahəsi ön plana çıxıb.

"Kommersant.az" xəbər verir ki, "NETLAM şirkəti olaraq öz müştərilərimizin marketinq və kommunikasiya ehtiyaclarının qarşılanmasına yazılı, səsli və görüntülü üsullarla yardım göstəririk. Bu zaman Kütləvi İnformasiya Vasitələrinin imkanlarından da istifadə edirik. Bu məqsədlə çeşidli reklam məhsulları hazırlayaraq yayacaq, həmin məhsulların keyfiyyətinə və səmərəliliyinə cavabdehlik daşıyacağıq".

Bu barədə bu gün AzNews Media Qrupun tərkibində fəaliyyətə başlayan Netlam - Reklam və Dizayn Şirkətinin icraçı direktoru Elmir Şahsuvarov məlumat verib.

O bildirib ki, reklam agentlikləri müəyyən müştəri qrupları ilə firmalar arasında komminikasiya qurmaqla qazanc əldə etmək istəyi ilə çalışır: "Ancaq bizim qayəmiz sırf qazanca hesablanmayıb. Həm ölkəmizin iqtisadi inkişafına töhfə verən şirkətlər, həm də istehlakçı qrupları ilə səmimi və davamlı münasibətlər qurmaqla Azərbaycanımızın qlobal bazara çıxışına töhfə vermək əsas amalımızdır".

İcraçı direktor şirkətin öz fəaliyyətində digital reklamlara üstünlük verəcəyini bildirib:

"Hər biriniz yaxşı fərqindəsiniz ki, reklam və marketinq sektorunda son bir neçə ildə digital reklamçılıq sahəsi ön plana çıxıb. Televiziya, qəzet və radiolarda verilən ənənəvi reklamlarla yanaşı, insanların həyatına sürətlə daxil olmuş internet müstəvisində tanıtım kampaniyaları aparılır. İnternet məkanında, yəni online müstəvidə verilən mal və xidmətlərin reklamları digital reklamlar adlanır. Sosial şəbəkələr, xəbər saytları və axtarış sistemləri digital reklamların əsas müstəvisidir. Digital reklamlar hər hansı mal və xidmətin qısa zamanda və birbaşa müştəriyə tanıdılmasında səmərəli olduğu üçün şirkətlər üçün son dərəcə vacib səciyyə daşıyır. Bütün bunları nəzərə alaraq, Netlam komandası olaraq "TAM ZƏRF" konsepsiyasına söykənən xidmətlər təklif edirik.

  • Əvvəlki

    Prezident İlham Əliyevdən - SƏRƏNCAM

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0