USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Mahaçqala sürət qatarı bu il istifadəyə veriləcək

04.03.2019 İqtisadiyyat
0 0
“Bakı ilə Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala arasında bu il sürət qatarı işə salınacaq”.

"Kommersant.az" TASS-a istinadən bildirir ki, bu barədə Dağıstanın nəqliyyat və yol idarəsi üzrə naziri Şiruxan Hacımuradov bildirib.

Onun sözlərinə görə, Dağıstan tərəfi 2019-cu ildə Mahaçqala – Dərbənd – Bakı marşrutu üzrə yüksək sürətli sərnişin qatarının təşkilinin üzərində işləyir.

Ş. Hacımuradov əlavə edib ki, sözügedən məsələni Dağıstan Dəmiryolları 2018-ci ilin aprelindən nəzərdən keçirib: "Eyni zamanda, 2018-ci ildə sərnişin daşınması 2017-ci illə müqayisədə 20%, yüklərin daşınması 6% artıb".

Xatırladaq ki, Bakı ilə Mahaçqala arasında birbaşa aviareyslərin planlaşdırılması ilə bağlı da məlumatlar var idi.

  • Əvvəlki

    Dollar kreditlərinə ediləcək güzəşti belə hesablayın - KALKULYATOR

Digər xəbərlər