USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Uşaq pulu” verilir?

05.03.2019 İqtisadiyyat
0 0
Son zamanlar uşaq pulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə çox saylı müraciətlər olur.

Nazirin qeydinə görə, Azərbaycanda yetkinlik yaşına çatmayan 2 milyon 700 min vətəndaş var. Bunların hamısını uşaq pulu ilə təmin etmək mümkün deyil. Səbəb odur ki, əhali 80-100 manat uşaq pulu istəyəcək. Üstəlik uşaq pulu o yerlərdə verilir ki, əhalinin sayı durmadan azalır. Yəni artım səviyyəsi çox aşağıdır. Amma nazirin çox istəməsi fikrinə təklifim var.

Təklifim ondan ibarətdir uşaq pulunun bərpası üçün ən optimal variantı kommunal xidmətlərdə güzəştdə görürəm.

Hər bir uşaq üçün kommunal xidmətdə güzəşt olunsun. Misal üçün 1 uşağa ən azı 50 manat. Bunu aşağıdakı kimi səciyyələndirmək olar:

Noyabr – Mart ayı aralığında 1 uşağa görə 25 (50%) manat qaz ödənişində güzəşt. 15 (30%) manat işıq ödənişində, 10 (20%) manat su ödənişində güzət etmək olar.

Aprel – Oktyabr ayı aralığında 1 uşağa görə 25 manat (50%) işıq ödənişində güzəşt, 15 (30%) manat su ödənişində, 10 (20%) manat qaz ödənişində güzət etmək olar.

  • Əvvəlki

    Məhkəmələrdə olan 311 min iş geri qaytarılacaq - PROBLEMLİ KREDİTLƏR

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0