Kimlər müəllim ola bilməz? - SİYAHI

"Kommersant.Az" xəbər verir ki, bu məsələ prezident tərəfindən "Təhsil haqqında" qanuna əlavə üçün təklif edilən 36-1 (Pedaqoji fəaliyyət ilə məşğul olma) maddəsində əks olunub.
Layihəyə əsasən aşağıdakı şəxslər Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;
- ağır, xüsusilə ağır cinayət törətdiyinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;
Maddədə o da bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyət ilə məşğul ola bilməzlər.
Layihə Milli Məclisin mayın 22-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Digər xəbərlər

Birbaşa xarici investisiyalar üzrə 712 milyon dollar kəsir yaranıb - AMB

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 1,7 milyard dollar olub

Azərbaycanın qarşılıqlı nəqliyyat xidmətlərinin dövriyyəsi 2,6 milyard dollar olub

Altı ayda Azərbaycana xaricdən 534 milyon dollara yaxın pul baratı daxil olub
