USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil naziri əmr imzaladı

06.03.2019 İqtisadiyyat
0 0
Təhsil naziri Ceyhun Bayramov "Oxu günü" tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

"Komemrsant.az" xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əmrdə qeyd edilir ki, UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir.

Son illər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin iştirakı ilə "Oxu günü" tədbirinin keçirilməsi də artıq ictimai maraq doğuran ənənə halını alıb.

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu sahədə müsbət təcrübəsini nəzərə alaraq, "Oxu günü" tədbirinin miqyasını genişləndirmək və kütləvi xarakter daşımasını təmin etmək məqsədilə hər il aprelin 23-də "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi "Oxu günü" tədbiri keçiriləcək.

  • Əvvəlki

    BP növbəti 2 il ərzində Azərbaycanda daha 6 quyu qazmağı planlaşdırır

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0