USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıya qazın verilişi bərpa olunur

18.03.2019 İqtisadiyyat
0 0
Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.

Bu barədə "Kommersant.az"a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində Bakının bir hissəsinə qaz təchizatı dayandırılıb: "Gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılıb. Artıq sızma aradan qaldırılıb və qazın verilişi bərpa olunub".