USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Hökumət buludu”nun yaradılması istiqamətində Belarus təcrübəsi öyrənilir

22.05.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndə heyəti “Hökumət buludu” (G-cloud) layihəsi çərçivəsində Belarusun “bulud”a inteqrasiya təcrübəsi ilə tanış olub.

Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumu çərçivəsində çoxsaylı yerli şirkət və dövlət qurumları ilə ikitərəfli görüşlər keçirən "AzInTelecom" nümayəndə heyəti "bulud" həlləri, "bulud"a inteqrasiya, Belarus dövlət qurumlarının "bulud"dan isitifadə tendensiyaları, eləcə də "Hökumət buludu"nun yaradılması və ona keçid perspektivlərini müzakirə ediblər.

Görüşlər zamanı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, iki ölkənin İKT sahəsi üzrə əlaqələrin inkişafı, xüsusilə "Hökumət buludu"nun yaradılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları haqqında təkliflər irəli sürülüb.

Bildirək ki, "Hökumət buludu"nun (G-Cloud) yaradılması "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nin tərkib hissəsidir.

  • Əvvəlki

    Ən varlı şirkətlər -TOP10

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0