USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib

19.03.2019 İqtisadiyyat
0 0
Bakıda Novruz bayramı tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq, bu gün səhər saatlarından etibarən paytaxtda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.

"Kommersant.az"-ın məlumatına görə, İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız qalası və Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.

"Azneft" meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və prospektlər nəzarətə götürülərək avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.

  • Əvvəlki

    “Palata getdikcə səlahiyyətlərini artıraraq az qala AMB-nin səlahiyyətlərinə də girişməyə başlayıb”

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0