USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Agentliyin nizamnamə kapitalı kəskin artırılıb

23.05.2018 İqtisadiyyat
0 0
Energetika Nazirliyinin tabeliyində yaradılan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnamə kapitalı kəskin artırılıb.

"Kommersant.Az" xəbər verir ki, bu barədə ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Fərmanında qeyd olunub.

Fərmana əsasən, agentliyin nizamnamə fondu 1 000 manatdan 7 914 367,3 manata qaldırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 22-də "Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında" Fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.

  • Əvvəlki

    ABŞ “QAZ qrupa”a tətbiq etdiyi sanksiyaların ləğvi şərtlərini açıqlayıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0