USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Güclü külək əsəcək, fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ

28.03.2019 İqtisadiyyat
0 0
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında martın 29-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Nazirlik xəbərdarlıq edir ki, martın 29-30-da Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək, fasilələrlə yağış yağacaq.

  • Əvvəlki

    “Dövlət sahibkarların yanındadır” - İLHAM ƏLİYEV

Digər xəbərlər

03.10.2023 İqtisadiyyat
Rusiyanın Hindistana neft nəqli artıb
0 0
03.10.2023 İqtisadiyyat
Bazarlar OPEC+ görüşünə fokuslanıb
47 37
03.10.2023 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
03.10.2023 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
03.10.2023 İqtisadiyyat
Səbaildə su kəsiləcək
0 0