USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

23.05.2018 İqtisadiyyat
0 0
Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində sabah səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

"Kommersant.Az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət axşam saatlarına qədər qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.