USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı iş adamı Qırğızıstandan deportasiya edilir

23.05.2018 Hadisə
0 0
Azərbaycanlı iş adamı sənədləri saxtalaşdırdığına görə Qırğızıstandan deportasiya ediləcək.

"Kommersant.Az" xəbər verir ki, birinci və ikinci instansiya məhkəməsinin qərarlarına əsasən, Azərbaycandan olan cərrah Samir Ramiz oğlu Muradov ölkəni tərk etməlidir.

Belə ki, Samir Muradov Qırğızıstanda, demək olar, 10 il işlədikdən sonra öz biznesini qurmaq qərarına gəlib. Amma onun sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən, eləcə də məhkəmə sistemindəki özbaşınalıq nəticəsində hüquqları pozulub.

İş adamı son ana qədər ədalətli qərar qəbul edilməsi üçün mübarizə aparmaq niyyətində olduğunu bildirib.