USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 11 min nəfər işini itirib - İLK RÜBDƏ

23.05.2018 İqtisadiyyat
0 0
2018-ci ilin I rübü ərzində ölkədə 11,5 min iş yeri bağlanmışdır.

"Kommersant.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 93,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 79,5 faizi fərdi sahibkarlıq subyektlərinin, 3,9 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 16,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

2018-ci ilin I rübü ərzində ölkədə 43,8 min yeni, o cümlədən 34,8 min daimi iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 59,6 faizi qeyri-dövlət sektorunda açılmışdır.

Yeni iş yerlərinin 35,5 faizi Bakı şəhərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, 63,1 faizi regionların, o cümlədən 16,2 faizi Aran, 11,3 faizi Gəncə-Qazax, 10,3 faizi Lənkəran, 6,6 faizi Abşeron, 6,4 faizi Yuxarı Qarabağ, 4,1 faizi Quba-Xaçmaz, 4,0 faizi Şəki-Zaqatala, 3,9 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.

Daimi iş yerlərinin 9,5 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 38,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 51,8 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılmışdır.

Hüquqi şəxslər (şirkətlər) tərəfindən yaradılmış daimi iş yerlərinin 26,4 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 15,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi tikinti, 10,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 8,1 faizi emal sənayesi, 4,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 15,2 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.