USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergidə işləmək üçün imtahan olacaq

24.05.2018 İqtisadiyyat
0 0
Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə mayın 26-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə "Kommersant.Az"a DİM-dən məlumat verilib.

Bildirilib ki, namizədlər mayın 25-i saat 18:00-dək "İmtahana buraxılış vərəqəsi"ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

İmtahan saat 11:00-da başlayacaq və Bakı şəhərində 4 binada təşkil olunacaq. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 148 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün 1520 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərə hüquq və ixtisas (vergi) istiqamətləri üzrə, ümumilikdə 200 test tapşırığı təqdim olunur.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) "İşə qəbul. Müsabiqələr" bölməsinin müvafiq altbölməsində yerləşdirilmişdir.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.