USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fermerlərə kreditlər 7 faizlə veriləcək

24.05.2018 İqtisadiyyat
0 0
İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən fermerlərə azı 1000 manat, maksimum isə 200 min manat kredit verilməsi nəzərdə tutulur. Kreditlər fermerlərə maksimum 7 faizlə veriləcək.

"Kommersant.Az" xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, bu kreditlər rəqabətədavamlı fermer təsərrüfatlarının yaradılması üçün çox böyük önəm daşıyacaq.

Kreditlərin alınması ilə bağlı girovların qoyulması məsələsinə toxunan xidmət rəisi deyib ki, rəhbərlik etdiyi qurum hazırda sözügedən sahədə bir sıra dövlət qurumları ilə yeni girov mexanizmlərinin hazırlanması üzərində çalışır. Həmçinin aqrar sahədə sığortalanma mexanizmi üzərində də işlər görülür. Bu sahədə yaxın zamanda irəliləyişlər olacaq.

Kredit almaq üçün zəruri sayılan sənədlərin minimuma endirildiyini diqqətə çatdıran M.Əliyev vurğulayıb ki, əgər əvvəllər bu sənədlərin sayı 10-15 arasında dəyişirdisə, indi 4-5-ə endirilib.

Xatırladaq ki, mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Paşa Bank" ASC, "Kapital Bank" ASC, "Turanbank" ASC, "Rabitəbank" ASC, "Aqrarkredit" QSC BOKT, "Finoko" BOKT ASC, "Finans İnvest" BOKT arasında niyyət protokolları imzalanıb.

  • Əvvəlki

    Azərbaycan daha bir universitet MBA proqramına qoşulur

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
ABŞ Türkiyəni dolları ilə əzir
0 0
15.04.2024 İqtisadiyyat
Azərbacanda dollar bahalaşa bilər?
0 0