Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

24.05.2018 İqtisadiyyat
Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışı olub.

"Kommersant.Az"ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib.

47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7 kilometrdən çoxdur.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

  • Əvvəlki

    “Caspian Oil & Gas” sərgi və konfransında 312 neft-qaz şirkəti iştirak edəcək

Digər xəbərlər

22.09.2021 İqtisadiyyat
Azərbaycan nefti UCUZLAŞIB
0 1
21.09.2021 İqtisadiyyat
Brent nefti bahalaşıb - SON QİYMƏT
0 0