USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək

01.05.2019 İqtisadiyyat
0 0
"Fermerlərə dövlət dəstəyinin təkmilləşdirilməsi üçün subsidiyaların verilməsinin yeni qaydalarının layihəsi hazırlanıb".

"Kommersant.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Bu gün fermerlərimizi qayğılandıran digər məsələlərdən biri və yüksək diqqətinizə ünvanladıqları çoxsaylı xahişləri, həmçinin kiçikhəcmli kreditlərə çıxışın asanlaşdırılması və təbii hadisələrə qarşı aqrar sığortanın tətbiq edilməsidir. Aqrar sahənin üzləşdiyi digər çağırışlar kiçik parsellərə bölünmüş torpaqların sistemləşdirilməsi, şorlaşmış, şorakətləşmiş və əkinə yararsız torpaqların yararlı hala salınması, müasir suvarmanın və təsərrüfatlararası yolların düzgün qurulmasıdır", - deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, ötən il nazirliyin prioritet vəzifələrindən birini Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılması təşkil edib:

"Sistemin istifadəyə verilməsi dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Növbəti ildən subsidiyalar məhz bu sistem vasitəsilə veriləcək. Elektron sistem fermerlərə öz əkinlərini bazarın tələbinə uyğun düzgün planlaşdırmağa kömək edəcək, həmçinin bazarda məhsullar üzrə tələb-təklifin düzgün proqnozlaşdırılmasını asanlaşdıracaq. Bu günə qədər 100 mindən çox fermer sistemdə qeydiyyatdan keçib".

Report

  • Əvvəlki

    İlham Əliyev: "Aparılan islahatlar nəticəsində ölkəmiz inkişaf edib"

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0