USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Göstəriləcək xidmətlər üçün e-KOB yaradılacaq

01.05.2019 İqtisadiyyat
0 0
KOB evində göstəriləcək xidmətlərin elektron platforması (e-KOB evi) yaradılacaq.

"Kommersant.az" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönələn dövlət dəstəyi tədbirlərinin ünvanlılığını təmin etmək üçün Nazirlər Kabinetinin qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiq edilib:

"Sahibkarlara 32 dövlət qurumu tərəfindən 110-a yaxın xidmətlərin göstərilməsi, bu xidmətlərin əldə edilməsi üçün konsaltinq dəstəyi göstərən ilk KOB evinin yaradılması mikro, kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir edəcək".

N.Səfərov bildirib ki, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması məqəsdi ilə 2018-ci ildə Azərbaycan Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyü Reyestri fəaliyyətə başlayıb.

Trend

  • Əvvəlki

    Azərbaycanda sənaye parkları və məhəllələrinə 540 milyon manat investisiya yatırılıb

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0