USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR-ın trest müdiri işdən - Azad Edildi

02.05.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – SOCAR-ın "Kompleks qazma işləri” trestinin müdiri İskəndər Şirəli bu gün vəzifəsindən azad edilib.

"Kommersant.az" "AzPolitika.info"ya istinadən bildirir ki, bu xəbəri etibarlı mənbə verib. Qeyd edək ki, 2007-ci ildən SOCAR-ın "Kompleks qazma işləri" trestinin müdiri işləyən İskəndər Yaqub oğlu Şirəli ondan əvvəl "Xəzərdənizneft" İstehsalat Birliyi, "Qum Adası" Dəniz Qazma İşləri İdarəsinin və Abşeron Qazma İşləri İdarəsinin rəisi vəzifələrində çalışıb.

Əməkdar mühəndis, elmlər doktoru olan İ. Şirəli həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professorudur.

  • Əvvəlki

    Azərbaycan nefti ucuzlaşdı

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0