USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu məlumatlar dollara təsir edəcək

03.05.2019 İqtisadiyyat
0 0
Bu gün Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı məlumatlarına fokuslanıb.

"Kommersant.az" "Marja"ya istinadən xəbər verir ki, məlumatlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.

ABŞ-da Apreldə kənd təsərrüfatı xaric məşğulluğun 181 min artacağı gözlənilir. Fevralda məşğulluq 196 min nəfər artmışdı.

Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Apreldə də 3,8% təşkil edəcəyi proqnozlaşdırılır. Martda da işsizlik 3,8% təşkil etmişdi.

Həmçinin ABŞ-da maaşların illik və aylıq artım nisbətləri də açıqlanacaqdır.

Dolların qiymətləri "məşğulluq" məlumatı öncəsi çox dəyişməyib. Bakı vaxtı ilə saat 10:00-da Avro/Dollar məzənnəsi 1.1172 səviyyəsində olub.

Fed-in faiz endirəcəyinə dair güclü gözələntilər ilə Dollar ucuzlaşmışdı. Dolların ucuzlaşması, ABŞ-da faiz endiriminə dair bazar gözləntilərinin azalması ilə yavaşlayıb. Fed sədri Cerom Pauel, ABŞ-da inflyasiyanın zəif gedişinin müvəqqəti faktorlardan qaynaqlanmış ola biləcəyini qeyd edərək, faiz endirimi üçün əhəmiyyətli bir səbəb olmadığını deyib. Bu açıqlama bazardakı narahatlığı azaldıb.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

  • Əvvəlki

    “Aqrarkredit” “SAZZ”a qarşı 40 milyon manatlıq məhkəmə iddiası qaldırıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0