USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın Vergi Ombudsmanı postuna təyinat olub

03.05.2019 İqtisadiyyat
0 0
Vergiödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb.

Bu barədə mayın 3-də Vergilər Nazirliyində keçirilən brifinqdə vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib.

O bildirib ki, institut vergiödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə köməklik göstərəcək.

Qeyd olunub ki, vergilər nazirinin əmri ilə nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.