USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisi ixrac edəcək

06.05.2019 İqtisadiyyat
0 0
“Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb.

"Kommersant.az" xəbər verir ki, bunu "Report"a qurumun Mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, prosesə bu ayın əvvəlindən start verilib.

"Prezident İlham Əliyevin elektroenergetika sahəsinə yönəlmiş strategiyasına uyğun olaraq, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə enerji ixrac edir. Artıq mayın 1-dən "Azərenerji" Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana, eyni zamanda Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. May ayı üçün enerji idxalı ilə bağlı Yunanıstandakı hərracda 7, Bolqarıstandakı hərracda 5 şirkət iştirakçı olub ki, onların hər ikisində "Azərenerji" uğur əldə edib. Dövlət şirkəti qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırır", - T.Abdullayev qeyd edib.

"Azərenerji" ixrac imkanlarının artırılması ilə yanaşı enerji sisteminin etibarlığının təmin edilməsi, o cümlədən artan təlabatın qarşılanması üçün Reablitasiya Proqramına uyğun olaraq, itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.

  • Əvvəlki

    2019-cü ilin ən qabaqcıl texnologiyaları bunlar olacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0