Vergilər naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Örl Litzenbergerlə görüşüb.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"a Nazirliyin Media və kommunikasiya xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin, o cümlədən vergi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin iqtisadi və xarici ticarət əlaqələrini əhatə edən bir sıra mövzular müzakirə olunub.