USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıya yeni vaqonlar bu tarixdə gətiriləcək

07.05.2019 İqtisadiyyat
0 0
Bu ilin iyul ayından başlayaraq Bakıya yeni metro vaqonlarının gətirilməsinə başlanılacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"İl ərzində ümumilikdə 30 vaqon və yaxud 6 qatar gətiriləcək. Bu qatarlar kondisionerlərlə və digər müasir tələblərə cavab verən elektronika ilə təchiz edilib. Həmçinin bu vaqonların qapıları daha genişdir. Bununla yanaşı vaqonlar əlil arabaları üçün xüsusi yerlərlə təchiz olunacaq. Onu da xüsusi qeyd edim ki, bu qatarlar "Bakı Metropoliteni"nin tələbləri nəzərə alınmaqla istehsal olunur", - o deyib.

Qurumun sözçüsü onu da bildirib ki, köhnə vaqonların xəttən çıxarılması yalnız onlar istismar müddətini başa vurduqdan sonra mümkün olacaq.

Xatırladaq ki, bu il yanvarın 31-də "Bakı Metropoliteni" ilə Rusiyanın "Metrovaqonmaş" şirkəti arasında yeni vaqonların alınmasına dair müqavilə imzalanıb.

  • Əvvəlki

    Hesablama Palatasının bu səlahiyyətləri ləğv edilir

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0