USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada ən sürətli superkompüter hazırlanır

10.05.2019 İqtisadiyyat
0 0
“AMD” şirkəti dünyada ən sürətli superkompüter hazırlanması üzərində işlərə başlayıb. “Frontier” adlı sistem “Cray” server istehsalçısı, ABŞ-ın Energetika Nazirliyi və “Oak Ridge” Milli Laboratoriyası tərəfindən birgə işlənib hazırlanır.

"Frontier" superkompüterinin gözlənilən məhsuldarlığı 1,5 ekzaflops təşkil edir. Bu o deməkdir ki, superkompüter bir saniyə ərzində təxminən 1 500 000 000 000 000 000 əməliyyat emal edə biləcək. Məhsuldar hesablamalar və süni intellekt üçün optimallaşdırılmış "AMD EPYC" sifarişli prosessorları və "Radeon Instinct" ixtisaslaşdırılmış qrafik prosessorları istifadə olunacaq.

"Frontier" superkompüterini 2021-ci ildə istifadəyə vermək planlaşdırılır.

ICTnews

  • Əvvəlki

    Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 181 mindən çox fermer qeydiyyatdan keçib - FOTO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0