USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İT sahəsində dövlət tənzimləməsini gücləndirməlidir"

13.05.2019 İqtisadiyyat
0 0
“Apple” şirkətinin rəhbəri Tim Kuk informasiya texnologiyaları sahəsində məhdudiyyətlərin olmamasının cəmiyyətə böyük ziyan vurduğunu düşünür. O, ABŞ hakimiyyətini ötən il fərdi məlumatların mühafizəsi haqqında qaydalar qəbul edən Avropa İttifaqından nümunə götürməyə çağırıb.

Şirkət rəhbəri "Time 100" sammiti çərçivəsində verdiyi müsahibədə informasiya texnologiyaları sahəsində dövlət tənzimləməsini gücləndirməyə çağırıb.

Texnologiyalar tənzimlənməlidir. Hazırda məhdudiyyətlərin olmamasının cəmiyyətə böyük ziyan vurduğu çoxlu nümunələr var", – T.Kuk "TIME" jurnalının baş redaktoru Nensi Qibbsə müsahibədə bildirib.

Onun fikrincə, ABŞ-ın tənzimləmə orqanları 2018-ci ildən fərdi məlumatların mühafizəsi haqqında qaydaların (General Data Privacy Regulations – GDPR) qüvvədə olduğu Avropadan nümunə götürə bilərlər. "GDPR ideal deyildir, lakin bu, düzgün istiqamətdə atılan addımdır", – o əlavə edib.

T.Kuk izah edib ki, bu yaxınlarda baş verən məlumat sızması və əcnəbilərin sosial şəbəkələr vasitəsilə seçkilər prosesinə təsiri texnologiyalar sahəsində daha diqqətli dövlət nəzarətinin qəbul edilməsini zəruri edir.

"Biz tənzimləmənin tam tərəfdarıyıq. Mən başqa yol görmürəm", – "Apple" rəhbəri vurğulayıb.

2018-ci ilin mayında Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi haqqında qaydalar (General Data Privacy Regulations – GDPR) qüvvəyə minib. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ verilib, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunur. Reqlament tələbləri pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.

İctnews

  • Əvvəlki

    Bu ərazilərdə təmir işləri aparılır

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0