USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda əmtəəlik qaz hasilatı 43,5% artıb

18.05.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 12 445,6 min ton həcmində qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neftin 12 413,8 min tonunu əmtəəlik neft təşkil edib.

Xam neft hasilatı ötən ilin müvafiq dövründən 3% az olub.

Bildirilib ki, neft hasilatı planlaşdırılmış təmir işləri ilə əlaqədar "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun "Mərkəzi Azəri" platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən azalıb.

Qeyd edək ki, "Mərkəzi Azəri" platformasında illik plana uyğun olaraq, aprelin 15-dən hasilat 15 gün müddətinə dayandırılmışdı.

Hesabat dövründə ölkədə 11 637,5 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 25,4% çoxdur.

Hasil olunan təbii qazın 8 041,9 mln. kubmetri əmtəəlik təbii qaz olub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 43,5% artıqdır.

  • Əvvəlki

    Azərbaycan əhalisinin gəlirləri 5,5% artıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0