"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

20.05.2019 İqtisadiyyat
Azərbaycanın Şəmkir, Daşkəsən, Gədəbəy və başqa Qərb rayonlarında baş verən güclü külək və yağıntılar səbəbindən "Azərişıq" ASC bir sıra qabaqlayıcı tədbirlər görüb.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, baş verə biləcək qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib:

"Hazırda Qərb zonasında yağış və ildırımla müşahidə edilən güclü külək əsir. Buna baxmayaraq, bu vaxta qədər hər hansı hadisə qeydə alınmayıb. Abunəçilərin elektrik enerjisi ilə fasiləsiz və davamlı təmin olunması üçün maksimum işlər görülür. Texniki Departamentin əməkdaşları maşın mexanizmlərlə fasilə yaranarsa aradan qaldırmaq üçün tam hazırdırlar".

  • Əvvəlki

    Xarici valyutaların manata qarşı məzənnələri

Digər xəbərlər

06.12.2021 İqtisadiyyat
Pensiya alanlara mühüm xəbər
0 0
06.12.2021 İqtisadiyyat
Brent nefti bahalaşıb
0 0