USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 42% artıb

20.05.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 9 881,2 mln. kubmetr qaz nəql edilib.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,8% artım müşahidə olunub.

Qazın nəqlinin 34,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 3 397,8 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 42% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

  • Əvvəlki

    Dünya birjaları: “Brent” 73 dolları ötdü

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0