Amerika şirkəti Azərbaycandan gedir

21.05.2019 İqtisadiyyat
2011-ci ildən Azərbaycanın neft sektorunda fəaliyyət göstərən “ConocoPhillips Exploration Azerbaijan Ltd” Respublikadakı filialını bağlayır.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumat Banker.az-a Şirkətin elanından daxil olub.

Məlumata əsasən bu şirkətin hüquqi ünvanı Z1010, Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90A idi.

Bildirək ki, bu şirkət Azərbaycanda Dövlət Neft Şirkəti (SOCAR) ilə bir neçə işlər üzrə əməkdaşlıq edirdi.

Bundan əlavə, törəmə şirkətin ana şirkətinin Baş ofisi ABŞ-ın Hyuston şəhərindədir. Əsasən qazma işləri ilə ixtisaslaşmaqla Kanada, Avstraliya, ABŞ, Norveç, Qətər və Birləşmiş Kralıqda iş birlikləri vardır.

  • Əvvəlki

    Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxılışına dəstək verə bilər

Digər xəbərlər

06.12.2021 İqtisadiyyat
Pensiya alanlara mühüm xəbər
0 0
06.12.2021 İqtisadiyyat
Brent nefti bahalaşıb
0 0