USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərenerji"də əməyin mühafizəsi və təhlükəsizlik texnikasınına dair müsabiqəyə - BAXIŞ

25.05.2018 İqtisadiyyat
0 0
“Azərenerji” ASC rəhbərliyinin müvafiq əmrinə əsasən, ötən ilin aprel ayından başlayaraq dekabr ayının sonunadək bütün energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair sayca 12-ci müsabiqə-baxış keçirilib.

"Kommersant.Az" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, müsabiqə-baxışda Enerji İstehsalı İdarəsindən 8, Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən 5, enerjisistemin digər strukturlarından isə 2 müəssisə iştirak edib. Səhmdar Cəmiyyətin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidməti il ərzində yerlərdə baxış keçirərək həmin müəssisələrin baxış-müsabiqənin tələblərini qaydalara uyğun yerinə yetirmələrini yoxlayıb. Müsabiqənin yekunlarına dair məlumatlar qaliblərin müəyyən edilməsi üçün bu ilin mart ayında müvafiq komissiyaya təqdim edilib.

Komissiya bu il mayın 22-də Səhmdar Cəmiyyətin müəssisələrində 2017-ci il ərzində Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair müsabiqə-baxışa yekun vurub. Komissiya müəssisələr tərəfindən təqdim olunmuş sənədləri, məlumat və arayışları təhlil edərək müsabiqə-baxışın Əsasnaməsi çərçivəsində iştirakçılar tərəfindən görülən işləri qiymətləndirib.

Müsabiqə-baxışın yekunu haqqında çıxarılan yekdil qərara əsasən, enerjiistehsal müəssisələrindən"Azərbaycan" İES 1-ci, "Sumqayıt" ES və "Şəki" ES isə 2-ci yerə layiq görülüb. Elektrik enerjisinin ötürülməsi müəssisələrindən 1-ci yeri "Sumqayıt" YGEŞ, 2-ci yeri "Şirvan" REŞ və "Gəncə" REŞ tutub. Sahə xidmət müəssisələrindən isə "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC 1-ci yerə layiq görülüb.

  • Əvvəlki

    "Mastercard" Azərbaycan üzrə yeni menecer təyin edib

Digər xəbərlər