USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal boykotun başlayır: Çin şirkətləri işçilərini ABŞ məhsullarından imtina etməyə çağırır

23.05.2019 İqtisadiyyat
0 0
Amerika-Çin ticarət müharibəsinin hər gün daha da geniş miqyas alması fonunda, Çin şirkətləri öz işçilərini ABŞ məhsullarına qarşı boykot etmək və bu ölkə istiqamətində olan bütün beynəlxalq səyahətləri dayandırmaq əmrini verib, bu haqda “The Epoch Times” xəbər verir.

"Kommersant.az" xəbər verir ki, Cümə axşamı günü "Jinggang" avtomobil təftiş stansiyası bütün əməkdaşlarına bildirmişdir ki, şirkətin yeni siyasəti çərçivəsində iPhone istifadə etmək, amerikan avtomobillərini sürmək, fast-food restoranlarında yemək, ABŞ-ın istehsal etdiyi ev əşyalarından istifadə etmək və hətta ABŞ-a səyahət etmək qadağan edilir. Yeni qaydaları pozan hər hansı bir işçi vəzifədən azad olunacaq.

"Ölkəmizə bu müharibədə qalib gəlməkdə kömək etmək üçün, bütün əməkdaşlarımıza ABŞ məhsullarından istifadə etməyi qadağan etdik", – şirkətin nümayəndələri qeyd ediblər.

Çin mətbuatının verdiyi məlumata görə, bu xəbər Çin platformaları və sosial şəbəkələrdə paylanıb. Buna baxmayaraq, bəzi internet istifadəçiləri bu qərarı çox gülünc hesab edirlər.

Əlində, iki ölkə arasında münasibətlərin kəskinləşməsi məsələsində həm ABŞ, həm Çin günahkardır. Qeyd edək ki, daha əvvəl Tramp administrasiyası Çinin texnologiya nəhəngi olan "Huawei" ə çox güclü zərbə endirmişdir: ABŞ şirkətləri üçün "Huawei" in telekommunikasiya avadanlıqlarından istifadəsi qadağan edildi.

ABŞ və Çin arasında gedən ticarət müharibəsinin kəskinləşməsi, "Apple" şirkətinə zərbə vura bilər.

Analitik Rod Hall, müştərilərə xəbərdarlıq edərək, şirkətin məhsulları Çində qadağan edildiyi təqdirdə "Apple" ın mənfəətinin 29% düşə biləcəyini söyləyib.

Xatırladaq ki, "Çin biznesinin Apple" da payı ikinci maliyyə rübündə 17% təşkil edib. Şirkət hər il Çində milyardlarla dollarlıq iPhone satır.

"Əgər Çin hər hansı bir şəkildə iPhone istehsalını məhdudlaşdırsa, biz şirkətin iPhone istehsalının əhəmiyyətli hissəsini qısa müddət ərzində Çin xaricinə köçürə biləcəyinə inanmırıq", – deyə Hall bildirib.

O, həmçinin, Çinin "texnoloji ekosistemi" və yerli məşğulluq "Apple" məhsulları qadağan edildikdə zərər verə biləcəyini qeyd edib. "Apple"-ın tədarük zəncirinin əksər hissəsi Çinin materikində yerləşir.

Banker.az

  • Əvvəlki

    Yaponiya və Böyük Britaniya da “Huawei”dən imtina edir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0