USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın ixrac missiyası Çində olub

23.05.2019 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların Çin bazarında ixracının artırılması məqsədi ilə Azərbaycanın ixrac missiyası Çinin Şanxay və Yivu şəhərlərində olub.

"Kommersant.az" nazirliyə istinadən xəbər verir ki, ixrac missiyasına qida, şərab və digər spirtli istehsalı ilə məşğul olan 17 Azərbaycan şirkəti daxil olub. İxrac missiyası çərçivəsində Çinin Yivu şəhərində Azərbaycanlı sahibkarlar Çindən olan iş adamları ilə ixraca dair müzakirələr aparıb, məhsullarının Çinə ixracına dair razılıqlar əldə edilib.

Şanxay şəhərində isə Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun dəstəyi ilə Azərbaycan şərablarının dequstasiyası təşkil edilib, Çin dilində www.azerbaijanwine.cn elektron səhifənin təqdimatı keçirilib.

  • Əvvəlki

    Qlobal boykotun başlayır: Çin şirkətləri işçilərini ABŞ məhsullarından imtina etməyə çağırır

Digər xəbərlər