USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızılla zəngin ilk 10 ölkə - - SİYAHI

23.05.2019 İqtisadiyyat
0 0
2018-ci ildə mərkəzi banklar tərəfindən alınan qızılın həcmi, son 50 il ərzində rekord səviyyəyə çatmışdır.

Bu tendensiya cari ildə də davam edir.

Beynəlxalq Valyuta Fondunun və Ümumdünya qızıl şurasının verdiyi məlumata görə, qızıl ehtiyatına görə dünya üzrə aşağıdakı ölkələr seçilirlər:

10. Hindistan
Rəsmi qızıl ehtiyatı: 608,7 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 6,4%

Qlobal iqtisadiyyatın yavaşaması səbəbiylə, inkişaf etməkdə olan bazarlar qızıl ehtiyatlarını artırmağa meyl edirlər.

Hindistanın qızıl-valyuta ehtiyatları ötən ilin avqust ayından başlayaraq artmaqdadır.

9. Niderland
Rəsmi qızıl ehtiyatı: 612,5 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 65,9%

Son illərdə Hollandiya, qızıl ehtiyatlarının ölkə ərazisinə qaytarılması üzərində çalışır.

Mərkəzi Bankın 2014-cü ildə qeyd etdiyi kimi, bu, “cəmiyyətin etimadına müsbət təsir göstərəcəkdir”.

8.Yaponiya
Rəsmi qızıl ehtiyatı: 765,2 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 2,5%

Son 15 il ərzində Yaponiyanın qızıl ehtiyatları artaraq, rekord səviyyəyə çatmışdır. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, ölkənin qızıl-valyuta ehtiyatlarında payı 2,5%-ə çatıb.

7. İsveç
Rəsmi qızıl ehtiyatı: 1 040 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 5,5%

8,4 milyon əhalisi olan İsveçrə, adambaşına qızıl ehtiyatları baxımından ən böyük ölkə hesab olunur.

6. Çin
Rəsmi qızıl ehtiyatı: 1 874,3 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 2,5%

Çin iqtisadi artımın yavaşlatılmasının təsirini azaltmaq üçün stimullaşdırıcı tədbirlər tətbiq edərkən, ölkənin Mərkəzi Bankı qızıl ehtiyatlarını tədricən artırır.

Qızıl ehtiyatlarının həcmi artıq dörd aydır artır.

5. Rusiya
Rəsmi qızıl ehtiyatı: 2 150,5 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 19,1%

Rusiya da qızıl ehtiyatını tədricən artırır. Bloomberg-in verdiyi məlumata görə, ölkənin qızıl ehtiyatları son on ildə dörd qat artıb.

4. Fransa
Rəsmi qızıl ehtiyatı: 2 436 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 61,1%

Ötən il, KİV məlumatlarına görə, Fransa Bankı qızıl ehtiyatlarının keyfiyyətini artırmaq məqsədilə tədbirlərə başladı.

Bu addım beynəlxalq bazarda ticarətin dəstəklənməsinə yönəldilmişdir.

3. İtaliya
Rəsmi qızıl ehtiyatı: 2451,8 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 66,9%

İtaliyada populistik hərəkatların populyarlığı artdıqca, ekspertlər ölkənin qızıl ehtiyatlarının qeyri-müəyyənliklə üzləşəcəyindən qorxurlar.

Belə ki, bu yaxınlarda Romada qızıl ehtiyatlarının ictimaiyyətə həvalə edilməsi ideyası təklif edilmişdir.

2. Almaniya
Rəsmi qızıl ehtiyatı: 3 369,7 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 70,6%

2017-ci ildə ölkə milyardlarla dollar dəyərində qızıl ehtiyatını geri qaytarıb.

Avropa bankları bu addımı ictimaiyyətin etimadını yüksəltmək məqsədi ilə əlaqələndirirlər.

2017-ci ilə qədər Almaniyanın qızıl ehtiyatının bir hissəsi Paris və Nyu-York şəhərlərində saxlanılırdı.

1. ABŞ
Rəsmi qızıl ehtiyatı: 8 133,5 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 74,9%

ABŞ-ın qızıl ehtiyatı digər ölkələrlə müqayisədə (əvvəlki iki ölkənin qızıl ehtiyatlarından demək olar ki, iki dəfə) daha çoxdur.

Banker.az

  • Əvvəlki

    Səhiyyə Nazirliyi bu şirkət ilə 6 milyon manatlıq iki müqavilə imzalayıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0