USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident METAK-ın təsisçisini medal ilə təltif edib

25.05.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən METAK şirkətinin təsisçisi Alik Kərimov "Tərəqqi" medalı ilə təltif edilib.

Belə ki, Alik Kərimov Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülüb.

Alik Kərimov 1997-ci ildə METAK şirkətini cəmi 4 işçi ilə təsis etdi. Hazırda isə şirkətdə 650 nəfərdən çox işçi çalışır, istehsalat isə ölkənin 5 şəhərində müvəffəqiyyətlə həyata keçirilir.

METAK müvəffəqiyyətli çoxprofilli ticarət-istehsalat müəssisəsidir və əsasən tikinti və kənd təsərrüfatı bazarlarında fəaliyyət göstərir.

Bu günki gündə METAK yerli istehlakçının inamını qazanmış əsl Azərbaycan brendidir.

  • Əvvəlki

    ASAN mərkəzləri bir gün işləməyəcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0