USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan ötən ay Ukraynadan 258 ton kərə yağı idxal edib

23.05.2019 İqtisadiyyat
0 0
Bu ilin aprel ayında Azərbaycan Ukraynadan 258 ton kərə yağı idxal edib.

"Kommersant.az" xəbər verir ki, bu, Ukraynanın ötən ay ixrac etdiyi kərə yağının 16,1%-dir. Qeyd edək ki, apreldə Ukrayna xaricə 1 600 ton kərə yağı satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51% azdır. İxracın azalması ölkədə istehsalın azalması ilə bağlıdır.

Ötən ay Ukrayna Azərbaycandan başqa, Hollandiyaya 220 ton, Türkiyəyə 150 ton, Moldovaya isə 125 ton kərə yağı ixrac edib. Beləliklə, Azərbaycan idxalın həcminə görə ilk yerdə qərarlaşıb.

Report