USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səkkiz ölkə “ASAN Xidmət” modelinin tətbiqinə hazırlaşır

24.05.2019 İqtisadiyyat
0 0
“2015-ci ildə BMT-yə üzv ölkələrin Dövlət Xidmətləri Forumunda dövlət xidmətlərinin çatdırılması kateqoriyası üzrə “ASAN Xidmət” konsepsiyası I yerə layiq görüldü və BMT-yə üzv olan bütün ölkələrə bu modelin tətbiqi tövsiyyə olundu. Bunun nəticəsidir ki, hazırda 8 ölkədə "ASAN Xidmət" modelinin implementasiyası ilə bağlı işlər gedir".

"Kommersant.az" xəbər verir ki, bunu "MyGov" portalının təqdimatında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı beynəlxalq sazişlər imzalanıb və ciddi işlər gedir: “Gələn ay Bakıda BMT-nin növbəti Dövlət Xidmətləri Forumu keçiriləcək. Bu, dövlət agentliyinun təşkilatçılığı ilə baş tutacaq və BMT-nin Baş qərargahının Azərbaycanda keçirəcəyi ilk tədbirdir. Bu cür mötəbər tədbirin keçirilməsi üçün seçim zamanı bir sıra meyarlar nəzərə alınır. Onlar sırasında dövlət xidmətləri sahəsində görülən işlər və bu xidmətlərin əlçatanlığı da var. Bütün bunlar dövlət başçısının gördüyü işləri BMT rəhbərliyinin yüksək qiymətləndirdiyini göstərir".

Report

  • Əvvəlki

    Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb - - FOTO

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0