USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənub Qaz Dəhlizinə bu qədər vəsait xərclənib

30.05.2019 İqtisadiyyat
0 0
Bu ilin aprel ayının sonuna qədər Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə, təxminən, 33 mlrd. ABŞ dolları vəsait sərf olunub.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev Bakıda keçirilən 26-cı Xəzər Beynəlxalq Neft və Qaz konfransında məlumat verib. Onun sözlərinə görə, ümumi dəyəri 21,9 mlrd. dollar təşkil edən "Şahdəniz -2" layihəsi üzrə aprelin sonuna 18,8 mlrd. dollar xərclənib. "Şahdəniz-2" üzrə ilk qazın alınması üçün işlər tam yekunlaşıb, ümumi işlər isə 92,6% yerinə yetirilib. CQD-nin baş direktoru Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,3 mlrd. dollar təşkil etdiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd. dollar olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 6,2 mlrd. dollar təşkil edib: "Layihənin ümumi dəyəri 7 mlrd. dollar təşkil edir. 2018-ci il iyunun 30-da TANAP-la Türkiyəyə ilk kommersiya qazı nəql olunmağa başlanıb. TANAP üzrə 99,6% işlər yekunlaşıb". Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 3,6 mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,6 mlrd. avro olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə üzrə işlər 87,5% yekunlaşıb. Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC ölkə Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. "Cənub Qaz Dəhlizi" QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir. Report
  • Əvvəlki

    “AFB Bank”ın sahibi investisiya şirkəti yaradıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0