DİQQƏT: Bu yollarda rənglənmə işləri aparılır

31.05.2019 İqtisadiyyat
Bu gün və sabah axşam saat 23:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Böyük Şor yol qovşağına kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Kommersant.az"a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir. Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
  • Əvvəlki

    Baş nazir 25 yüksək vəzifəli məmuru işdən çıxardı

Digər xəbərlər

06.12.2021 İqtisadiyyat
Pensiya alanlara mühüm xəbər
0 0
06.12.2021 İqtisadiyyat
Brent nefti bahalaşıb
0 0