USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu məktəblər bağlanır - DİQQƏT

31.05.2019 İqtisadiyyat
0 0
Gələn ildən axşam növbəsi tədrislə məşğul olan məktəblər fəaliyyətini dayandıracaq.

"Kommersant.az" Oxu.Az-a istinadla xəbər verir ki, bunu Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev "Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi" mövzusunda təqdimatla çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində yeddi məktəbdə axşam növbəsində dərs keçilir:

"Bir ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq. Bu məktəblərin ləğv edilmə səbəbi icbari təhsilin doqquz illik olması ilə bağlıdır. Əvvəl icbari təhsil 11 illik idi. Ona görə də doqquzuncu sinifdən sonra təhsilini dayandıran şəxslər attestat almaq üçün təhsili tam mənimsəməli idi.

Axşam məktəblərində isə iki illik dərs üç ilə keçilirdi. İki il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın olub və artıq onuncu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq".

Nazirlik rəsmisi qeyd edib ki, axşam məktəblərində 18-dən yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alıb.

  • Əvvəlki

    Nağdsız ödənişlər təşviq edilir

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0