USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmək müqavilələrinin sayı 95 minə yaxın artıb

04.06.2019 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən 2019-cu ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 95 minə yaxın artım qeydə alınıb.

"Kommersant.az" xəbər verir ki, həmin əmək müqavilələrindən 66268-i qeyri-dövlət, qalanı dövlət sektorunda bağlanıb.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım özünü göstərmişdi.

  • Əvvəlki

    Xarici valyutaların manata qarşı məzənnələri

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0