Yer planetinin tədqiq edilməsi üçün nəzərdə tutulan "RADARSAT Constellation" adlı üç yeni Kanada peykinin iyunun 11-də orbitə göndərilməsi planlaşdırılır.
"Kommersant.az" xəbər verir ki, bu barədə çərşənbə axşamı Kanada Kosmik Agentliyi məlumat yayıb.
"Bu yeni nəsil peykləri Yerin səthinin müşahidə edilməsi üçündür. Onların buraxılışı 11 iyun 2019-cu ildə baş tutacaq", - deyə məlmatda bildirilir.
Peykləri orbitə Amerikanın "SpaceX" şirkətinin "Falcon 9" raket daşıyıcısı çıxaracaq.
"RADARSAT Constellation" layihəsinin aparatları 2007-ci ildən orbitdə olan "RADARSAT-2" köhnəlmiş analoji peyk sistemlərini əvəzləyəcək. Yeni layihənin dəyəri 890 milyon dollardır.
Yeni peyklər, xüsusilə Antarktidadakı ekoloji sistem, həmçinin həmin bölgədə gəmilərin hərəkətinin müşahidə edilməsi üçün nəzərdə tutulub.
Report