USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni qatarların ölkəyə gələcəyi tarix açıqlandı

05.06.2019 İqtisadiyyat
0 0
“Daha üç qatar Azərbaycana avqust ayında göndəriləcək. Avqustun 10-dək həmin 15 vaqon sizdə olacaq”.
"Kommersant.az" xəbər verir ki, bunu "Report"un Rusiya bürosuna həmin ölkənin "Metrovaqonmaş" Səhimdar Cəmiyyətinin satış direktoru Viktor Zabadıkin bildirib. "Bakı Metropoliteni ilə iş görməkdən məmnunuq. Geniş servis qrupumuz daim oradadır. Belə ki, istehsal etdiyimiz məhsullara məsuliyyət daşıyırıq. Sifariş alanda bizə təqdim edilən tələbləri, texniki müddəaları dəqiqliklə yerinə yetiririk", - rusiyalı mütəxəssis qeyd edib. Qeyd edək ki, bu il Rusiyadan cəmi 30 metro vaqonu idxal olunacaq. Yeni nəsil müasir vaqonların ilk 10 ədədi iyun ayının 4-də Bakıya yola salınıb. "Metrovaqonmaş" Bakı metropolitenini faliyyət göstərdiyi 1967-ci ildən etibarən avadanlıqla təchiz edən yeganə müəssisədir. Hazırda Bakı metrosunda 300-dək Moskva istehsalı vaqon istismardadır.